“Tələbələrə kredit verilməsin!”

media-hightechnic-468x90

abel_2014“Universitetlərdə elm maliyyələşdirilməlidir”.

Bunu BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib.

O bildirib ki, ölkədə 1800 elm işçisi var ki, 1200-ü ali məktəblərdə çalışır: “Belə halda elmin inkişafı vəsait tələb edir”.

A.Məhərrəmov bir neçə təkliflə çıxış edərək deyib ki, elmi dərəcələrə görə əmək haqları artırılsın: “Elm haqqında” Qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv olunsun. Magistraturaya qəbul olan tələbələr həqiqi hərbi xidmətdən möhlət hüququ verilsin”.

O qeyd edib ki, təhsil sahəsində Himayədarlar Şurası yaradılmalıdır. O, əlavə edib ki, bəzi xarici dövlətlərdə belə bir təcrübə var: “Bunlar sahibkarları cəlb edirlər ki, universitetlərə kömək etsinlər”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa