!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tələbələrin borc siyahısının yayılmasına görə dekan və tütora TÖHMƏT verildi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrin təhsil borclarının siyahısının açıq şəkildə yayılmasına görə ali təhsil müəssisəsinin tyutoru və dekanı töhmətlə cəzalandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ADMİU-nun mətbuat katibi Şəhanə Müşfiq məlumat verib.

O bildirib ki, siyahı universitetdə divara vurulmayıb, sadəcə olaraq tyutor tərəfindən tələbələrin “whatsapp” qrupuna göndərilib.

“Tyutor tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədiylə “whatsapp” qrupuna göndərilib. Universitet rəhbərliyi bunun əleyhinədir və elə məsələ açılan kimi operativ şəkildə araşdırıldı, sənədin yayılmasına səbəbkar olan əməkdaşlar cəzalandırıldı” – deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə ADMİU-nun illik təhsil haqqını gecikdirən tələbələrinin siyahısının yayılması tənqid olunmuşdu.

 

 

www.yenicag.az

94
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100