Tələbələrin hazırladığı bu minaaxtaran Müdafiə Nazirliyinin mükafatına layiq görülüb
“Ərsəyə gətirilən minaaxtaran Müdafiə Nazirliyinin mükafatına da layiq görülüb”.
Yenicag.az xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin Qəyyumlar şurasının sədri, Professor Hüseyn Bağırov deyib.
O, universitetin media nümayəndələri üçün təşkil etdiyi mətbuat konfransında Qərbi Kaspi Universitetinin tələbələrə nailiyyət əldə etməsi üçün yaratdığı şərait barədə məlumat verib:
“Tələbələrin öz ideyalarını həyata keçirmək üçün emalatxanalarımız mövcuddur. Burada tələbələrin hətta qalmaq imkanları da var. Həmin emalatxanada hətta minaaxtaran texnika da hazırlanıb və nümayiş etdirilib.
Həmin minaaxtaran texnikanın içərisində daha geniş ərazidə kəşfiyyat işləri aparmaq üçün həmçinin dron yerləşdirilib. Eyni zamanda bu maşın yaralıların daşınması üçün istifadə oluna bilər. Əlavə olaraq həmin texnika minaların yerini də bayraqlaya bilir. Ərsəyə gətirilən minaaxtaran Müdafiə Nazirliyinin mükafatına da layiq görülüb”, – deyə o bildirib.

Nəsimi Ələsgərli












