Sentyabrın 1-dən etibarən “Mədəniyyət” kanalında yenidən teledərslərin yayımı başlayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin hazırladığı videoda qeyd edilib.
Bildirilib ki, “Dərs vaxtı” proqramı həftənin 5 günü yayımlanacaq.
Qeyd edilib ki, teledərslərdə tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlər yeni studiyalarda təcrübəli müəllimlərin izahı ilə təqdim olunacaq. Burada bütün siniflər üzrə tədris planlarına uyğun dərslər baxımlı məzunla efirə veriləcək.