“Təmir elektrik enerjisi təminatında fasilə yaratmayacaq” – “Azərenerji” – Yenicag.Az

Reklam

Reklam

Masazırda xətlərdə aparılan təmir elektrik enerjisi təminatında fasilə yaratmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-dən məlumat verilib.

Qeyd edilir ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz.

Xatırladaq ki, bundan əvvəl “Azərişıq” ASC Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində 25-27 iyul 2018-ci il tarixlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacağı ilə bağlı məlumat yaymışdı.

Fasilələrin “Azərenerji” ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan h/x-də aparılacaq təmir işləri ilə əlaqədar olduğu deyilirdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 532
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."