Temperatur 50 DƏRƏCƏYƏ ÇATDI – İnsanlar evdən çölə çıxmır - FOTOLAR

media-hightechnic-468x90

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda rekord isti qeydə alınıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, adıçəkilən bölgədə havanın temperaturu 50 dərəcəyə çatıb.

Havanın hərarətinin kəskin yüksəlməsinə görə gündüz saatlarında küçə və prospektlərin boş olduğu ərazidə həyat, demək olar ki, dayanıb.

Proqnozlara görə, Şırnak vilayətinin Cizrə rayonunda bu həftənin ortasından başlayaraq havanın temperaturunun mövsüm normasından 2-6 dərəcə yuxarı qalxacağı gözlənilir.

İsti hava ilə əlaqədar olaraq vətəndaşların, xüsusilə xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqların günün ən isti vaxtlarında saat 11:00-16:00 arasında diqqətli olmaları nəzərlərinə çatdırılıb.

Sadiq Cavadov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600