Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tənzilə Rüstəmxanlı: "İranla Ermənistanı Azərbaycan-Türkiyə birliyinə qarşı birləşdirən türk düşmənçiliyidir"

Reklam: Sinerji Pro

“İranla Ermənistanı Azərbaycan-Türkiyə birliyinə qarşı birləşdirən türk düşmənçiliyidir”.

Bu sözləri Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Yenicag.az-a açıqlamasında Azərbaycanla Türkiyənin hərbi təlim keçirməsindən Ermənistanla yanaşı, əksər dövlətlərin də narahat olmasına münasibət bildirərkən deyib.

Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycan-Türkiyə işbirliyindən narahat olan dövlətlər arasında İran və Rusiya əsas mövqedə dayanıblar:

“Azərbaycanla Türkiyənin birgə təlim keçirməsindən narahat olan qüvvələr bu günə qədər Ermənistanı açıq və ya gizli şəkildə maddi-mənəvi dəstəkləyən dövlətlərə məxsusdur. Həmin qüvvələr Azərbaycanla Türkiyənin işbirliyindən, hər iki dövlətin Dağlıq Qarabağ məsələsində eyni mövqe nümayiş etdirməsindən, həmçinin xarici siyasətdə erməni soyqırımı məsələsi ilə bağlı eyni yanaşma ilə çıxış etməsindən narahatdırlar. Əlbəttə ki, bu qüvvələr həm Azərbaycan, həm də Türkiyəyə düşməndirlər. Ermənistanı dəstəkləyən dövlətlərlə yanaşı, Rusiya onun arxasında dayanır. Sözügedən qüvvələr heç vaxt Ermənistan və Rusiyaya qarşı səslərini çıxarmayıblar. Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı məlum qüvvələr üçün qıcıq yaratmadığı halda, Azərbaycanın Türkiyə ilə istənilən sahə üzrə əməkdaşlığı narahatlıq doğurur. Uzun illərdir ki, İran açıq və gizli şəkildə Ermənistana dəstək verir və bu addımını davam etdirəcək. Çünki İranla Ermənistanı birləşdirən türk düşmənçiliyidir. İran üzdə Azərbaycan vəTürkiyə ilə münasibətlərinin yaxşı olduğunu göstərsə də, əməldə Ermənistanın mövqeyindən çıxış edir”.

Gülşən Şərif

www.yenicag.az

311
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100