Tənzilə Rüstəmxanlı Karlos Uriarte Sançes ilə GÖRÜŞDÜ – FOTO

media-hightechnic-468x90
Millət vəkili Tənzilə Rüstəmxanlı “Rey Juan Carlos” Universitetinin hüquq professoru, “PanAvropa İspaniya”nın Baş katibi, Beynəlxalq Pan-Avropa İttifaqının Rəyasət Heyətinin üzvü, “Coudenhove Kalergi” Avropa Cəmiyyətinin müşaviri Karlos Uriarte Sançes ilə görüşüb.
media-0401c0c7-745c-409d-999e-1aba453c8ad8
Yenicag.az xəbər verir ki, görüşdə Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı və millət vəkili Məlahət İbrahimqızı da iştirak edib.
media-0672bb13-5323-4532-afae-d8abc8cbf78f
Onlar Azərbaycan və ispan xalqları arasındakı dostluq münasibətləri barədə fikir mübadiləsi aparıb, dünya gündəmində baş verən siyasi prosesləri müzakirə ediblər.
Öz növbəsində, Karlos Uriarte Sançes Azərbaycanı çox sevdiyini, burada keçirilən tədbirlərə dəvət aldığı üçün çox şad olduğunu, Tənzilə Rüstəmxanlını iş fəaliyyətini yaxından izlədiyini vurğulayıb, onu həm siyasi, həm də ictimai fəallığı üçün təbrik edərək uğurlarının davamını arzulayıb.
media-874d0d00-4a51-411c-9dc1-656a02c56dfe
Daha sonra qonaqla xatirə şəkli çəkdirilib.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600