!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təqaüd yaşı ilə bağlı ZİDDİYYƏTLİ TƏKLİFLƏR: “Ağır fiziki işdə çalışanlardan fərqli olaraq...”

!Reklam – Yazi

“Təqaüd yaşı çatan vətəndaşların bir hissəsi yaş həddinin artırılmasını, digər hissəsi də azaldılmasını istəyir”.

Bu fikirləri ölkədə müəyyən edilmiş təqaüd yaşı həddinə yönəlik fərqli yanaşmaların səbəbləri haqda danışan Milli Məclisin deputatı Rüfət Quliyev Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, cəmiyyətin özündə təqaüd yaşına yönəlik yanaşmada ziddiyyətlər var:

“Mən ayda ən azı 150-200 seçici ilə görüşürəm. Təcrübəmə əsasən deyə bilərəm ki, təqaüd yaşına çatanlar arasında həkimlər, alimlər, müəllimlər, qeyri-fiziki işlə məşğul olan başqa insanlar yaş həddinin artırılmasını istəyir.

Ümumiyyətlə, dövlət qulluğunda işləyənlərin əksəriyyəti təqaüdə daha gec çıxmaq istəyir. Kim ki ağır fiziki işdə çalışır və ya başqa səbəblərdən əmək fəaliyyətini dayandırmaq istəyir, həmin insanlar təqaüd yaşının azaldılması ilə bağlı müraciət edirlər.

Bu məsələdə hansı maraqlar daha üstündür, qərar vermək çətindir. Həmçinin qeyd edim ki, açıqlanan məlumata əsasən, Azərbaycanda orta ömür müddəti də uzanıb”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv