Tərəflər bir-birinə "rest çəkir": Regionda böyük müharibə ANONSU

media-hightechnic-468x90

“İran və ABŞ münaqişəsi atəşkəsdən sonra müharibə ilə davam edə bilər”

media-banner_tkm

Politoloq Samir Hümbətov Yenicag.az-a İran və ABŞ arasındakı danışıqlar prosesini şərh edib.

Ekspert müharibənin yenidən alovlanma ehtimalını belə dəyərləndirib:

“Tərəflər arasında pərdəarxası danışıqlar gedir. Hazırda diplomatik kanallar vasitəsilə yeni görüşün təyin olunması ilə bağlı Trampın açıqlaması gündəmdədir. Görünən odur ki, hansısa sənədin imzalanması istiqamətində müəyyən addımlar atılır, lakin bu addımlar hələlik tam razılıq kimi qiymətləndirilməməlidir. Çünki atılan addımların və imzalanacaq sənədlərin mahiyyəti hələlik məlum deyil.

Trampın açıqlamasından belə aydın olur ki, tərəflər hansısa sənədin imzalanması ilə bağlı müəyyən ilkin razılığa gəliblər. Əgər növbəti görüş keçirilərsə və tərəflər arasında uzlaşma əldə olunarsa, hesab edirəm ki, atəşkəs müddəti uzadıla bilər. Lakin bu kritik günlərdə (red: bu gün və sabah) razılaşma əldə olunmazsa, müharibənin davam etmə ehtimalı artır. Hazırda isə tərəflər bir-birinə qarşı “rest çəkmək” taktikasından istifadə edirlər.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05