Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Terror dalğası Avropanı bürüyür - Londonla Parisin küçələri Suriyaya çevrilir

Reklam: High Technic

Ötən gün Londonda baş verən bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Polis şəhər körpüsü üzərində baş verən hadisəni terror aktı adlandırıb. 

Yenicag.az  xəbər verir ki, rəsmi məlumatda terror hücumunu 28 yaşlı Osman Xan adlı şəxsin həyata keçirdiyi bildirilir. Terrorçunun 2012-ci ildə terror cinayətinə görə həbs olunduğu və 2018-ci ildə azadlığa buraxıldığı bildirilir. Polis terorçunu hadisə yerində vurub öldürüb.
Dekabrın 12-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq siyasi partiyalar Londonda seçki kampaniyasını dayandırıb.

Ötən gün ikinci terror aktı Hollandiyanın Haaqa şəhərində baş verib. Şəhərin əsas ticarət küçəsi hesab olunan “Böyük Bazar küçəsi”ndə hələlik naməlum şəxs 3 nəfəri bıçaqla yaralayıb. Hücumda şübhəli bilinən 45-50 yaşlarında idman geyimində qarabuğdayı şəxs axtarılır.
Son illərdə Milad bayramı qabağı Avropada bir qayda olaraq terror aktlarının sayı artır. Əvvəlki illərdə Fransada, eləcə də Almaniyada Milad bayramı öncəsi terror hücumları qeydə alınıb.

Eyni zamanda bu hadisələr Avropada radkal sağçı siyasi hərəkatları daha da gücləndirir.

Loading...

www.yenicag.az

1794