Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Terrorçu Salih Müslim azadlığa buraxıldı

Çexiyada saxlanılan PYD terror təşkilatının keçmiş lideri Salih Müslim azadlığa buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə qərarı Praqa Şəhər Məhkəməsi qəbul edib. 8 dəqiqəlik məhkəmə prosesinin ardından terrorçu sərbəst buraxılıb.

Türkiyənin Praqadakı səfiri Ahmet Necati “Habertürk”ə açıqlamasında:

“Gözləmədiyimiz qərar oldu. Keçmişdə Türkiyədə bir çox terror aktlarında əli olan Salih Müslimin azadlığa buraxılmasını təəssüf hissi ilə qarşılayırıq. Bu qərardan razı deyilik. Heyf ki, Çexiya məhkəməsi ikili münasibətlərimizə zidd qərar qəbul etdi. Bu qərar ikili münasibətlərimizdə əks təsirini göstərə bilər”, deyib.

Qeyd edək ki, Salih Müslimin adı Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli cinayətkarların siyahısına daxil edilib.

 

www.yenicag.az

2887
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM