!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyanın şimalında “STƏKAN FIRTINASI”: “Türkiyə əleyhinə provokasiyaların təşkili...” – ŞƏRH

!Reklam – Yazi

“Süni yaradılan bu “etiraz” aksiyaları Türkiyənin planlaşdırdığı əməliyyatı poza bilməz”.

Bu fikirləri son günlər Suriyanın şimalında Türkiyə əleyhinə təşkil olunan silsilə aksiyaların gerçək məqsədini dəyərləndirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, bu provokasiyalar Türkiyənin Suriyanın şimalında keçirməyə hazırlaşdığı növbəti hərbi əməliyyata təsir göstərə bilməz:

“Əslində, hər kəsə aydındır ki, Suriyanın şimalında Türkiyə əleyhinə təşkil olunan aksiyaların arxasında hədəfdə olan terrorçular dayanır. Onlar bölgə əhalisini Türkiyəyə qarşı qaldırmaqla Ankaranın planlaşdırdığı yeni hərbi əməliyyatları sabotaj edəcəklərini düşünürdülər.

Ancaq o bölgədə durum artıq stabildir və təhlükəsizlik orqanları həmin yerlərdə vəziyyəti tam nəzarətə götürərək terrorçuların prosesə müdaxilə imkanlarını aradan qaldırıblar. Yəni bu aksiyaların Türkiyəyə yönəlik provokasiya olduğunu hər kəs gördü, bildi.

Mən o fikirdə deyiləm ki, Suriyanın şimalında qeydə alınan o provokativ aksiyalar Türkiyənin nəzərdə tutduğu əməliyyatın yubanması ilə bağlıdır. Bildiyiniz kimi, hazırda Suriyada son dərəcə mürəkkəb bir vəziyyət yaranıb və Rusiya və İran kimi ölkələrin də orada hərbi iştirakları mövcuddur. Ona görə də nəzərdə tutulan əməliyyatı diqqətlə ölçüb-biçmək lazım gəlir.

Üç ölkə liderinin Tehranda baş tutan son görüşündə də aydın oldu ki, Türkiyə planlaşdırdığı əməliyyatı mütləq gerçəkləşdirəcək. Fikrimcə, soyuq aylar başlayana qədər bu işlər öz həllini tapacaq”.

A.Zeynalov

COP29

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv