"Tərtər işi" ilə bağlı aktiv cinayət işi davam edir - Baş Prokurorluq

media-hightechnic-468x90

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı zərərçəkmişlərin sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yaydığı məlumatlara aydınlıq gətirib.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, “Tərtər işi” ilə bağlı aktiv cinayət işi davam etdirilir: “İş üzrə təqsirli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər aparılır. Cinayət işi ilə bağlı 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verilməsi müəyyən olunub.

4 nəfər barəsində Cinayət Məcəlləsinin maddələri ilə həbs qətimkan tədbiri seçilib”,- N.Əvəzov deyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05