Tərtərdə oğul atasını öldürdü

media-hightechnic-468x90

images (2)Tərtər rayonunda dəhşətli hadisə baş verib.

Rayonun Bayandur kəndində 1985-ci il təvəllüdlü Arzuman Vəliyev valideynlərini öldürmək məqsədi ilə onları bıçaqlayıb. 29 yaşlı oğlan əvvəlcə atası Sərdar Vəliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

O, daha sonra anası Gülbəs Vəliyevaya hücum edib və anasına ağır zərbələr endirib. Qadın Bərdə rayonunda xəstəxanaya yerləşdirilib, vəziyyəti kritikdir. Hadisəni törədən oğul tutulub. Onun valideynlərini hansı səbəbdən öldürməyə qərar verməsi dəqiq bilinmir.

Digər məlumata görə, hadisəni törədən Arzuman Vəliyev ruhi-əsəb xəstəsidir. O saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600