Texasda Azərbaycana həsr edilmiş seminar keçirildi

media-hightechnic-468x90

fcb66327b75d837d895937e31b732760Texas ştatının Laredo şəhərində yerləşən Texasın A & M Beynəlxalq Universitetində Azərbaycana, onun regional və beynəlxalq əhəmiyyətinə həsr edilmiş seminar keçirilib. Yenicag.az apa-ya istinadən bildirir ki, Laredo şəhərindən olan konqresmen Henri Kuelar (Henry Cuellar, TX) şəhərin meri Pit Sianez (Pete Saenz), Universitetin prezidenti Rey Kek (Ray Keck) və səfir Elin Süleymanovun iştirak etdiyi tədbirdə Azərbaycanın regional əhəmiyyəti vurğulanmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol yüksək dəyərləndirilib.

ABŞ-ın tanınmış ali təhsil müəssisələrindən olan Texasın A & M Beynəlxalq Universitetində Azərbaycana dair keçirilmiş təbdir, eləcə də E.Süleymanovun çıxışı barədə məlumat Texasın “Laredo Morning Times”, ispandilli “El Quiosco” qəzetlərində dərc edilib və KGNS televiziyası vasitəsilə yayımlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600