Texaslı demokratların qaldığı otelə bomba təhdidi: 400 nəfər təxliyə edildi

media-hightechnic-468x90

ABŞ-nin Texas ştatından olan Demokrat qanunvericilərin qaldığı Çikaqo ətrafındakı oteldə bomba təhlükəsi səbəbindən 400 nəfər təxliyə edilib.

Yenicag.az bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, Seint Çarlz Polis İdarəsinin məlumatına görə, səhər saatlarında “Q-Center” otel kompleksinə bomba təhdidi ilə bağlı məlumat daxil olub.

Polis və Keyn Kounti Şerif İdarəsinin bomba qrupu ərazidə ətraflı axtarış aparıb, partlayıcı qurğu aşkarlanmayıb.

Təhlükə sovuşduqdan sonra qonaqlar və işçilər otelə geri qayıdıblar.

Texas demokratları bu gün keçirməyi planlaşdırdıqları mətbuat konfransını təhdid səbəbilə təxirə salıblar.

Xatırladaq ki, demokratlar Texasda respublikaçıların mübahisəli yeni seçki xəritəsi layihəsini əngəlləmək məqsədilə ştatı tərk edərək İllinoysa yollanıblar. Yeni xəritə respublikaçılara konqresdə 5 əlavə yer qazandıra bilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa