Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı

media-hightechnic-468x90

“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir.

media-banner_tuq

Yenicag.az Apasport.az-a istinadla xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın üçüncü günündə son 5 tur oynanılıb.

İlk 10 matçda uduzmayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə məğlub olmayıb. 34 yaşlı qrossmeyster Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə ardıcıl 4 heç-heçə edib. Təmsilçimiz ilkin mərhələnin son görüşündə prinsipial rəqiblə üz-üzə gəlib. O, ermənistanlı Levon Aronyanla qarşılaşıb və yenə 0,5 xalla kifayətlənib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05