Teymur Rəcəbov finala vəsiqə qazana bilmədi

media-hightechnic-468x90

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün növbəti görüşlərini keçirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Sonun müqavimətini qırmağa çalışıb.

İlk oyun günündə rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Amma ilk iki partiyada heç-heçə edən həmyerlimiz 3-cü görüşdə məğlub olduğundan 4-cü qarşılaşmaya ehtiyac qalmayıb. Yekunda 2:1 hesabı ilə uduzan Rəcəbov finala çıxmaq şansını əldən verib. O, sabah 3-cü yer uğrunda mübarizə aparacaq. Qrossmeysterin rəqibi Maqnus Karlsen (Norveç) – Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05