Teymur Rəcəbov yarımfinalda uduzdu

media-hightechnic-468x90

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsinə start verilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın altıncı günündə yarımfinalın ilk matçları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Matça qara fiqurlarla başlayan təmsilçimiz ilk görüşdəki məğlubiyyətin əvəzini ağlarla çıxıb. Lakin 3-cü partiyada da So ağ rənglə oynamağından yararlanaraq növbəti dəfə önə çıxıb. Günün son partiyasında isə heç-heçə qeydə alınıb və Teymur ilk görüşdə məğlubiyyətə üzülüb.

Digər yarımfinalda Maqnus Karlesn (Norveç) Maksim Vaşye-Laqravla (Fransa) qarşılaşıb. Matçın taleyini üç oyunda həll edən norveçli dünya çempionu asan qələbə qazanıb – 2,5:0,5. Yarımfinalın ikinci matçları sabah baş tutacaq.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05