“Təyyarə böhranı” BİTİR? – Kremldən gələn ACI ETİRAF

media-hightechnic-468x90

“Azərbaycan və Rusiya münasibətlərinin pisləşməsini istəyənlər buna nail olmayacaqlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib.

telman1

Politoloq Rusiyanın “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulmasına görə təzminat ödəməsini ətraflı şərh edərək bunu müsbət hal kimi dəyərləndirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti, əslində, başından bəri milli maraqların mərkəzi olan, real dünyadakı və qlobal və regiondakı güc balansını diqqətə alan xarici siyasət izləyir:

“Rusiya da həmçinin coğrafi, supergüc və nüvə silahına sahib olan qonşu dövlətdir. Sovet dövründə müəyyən ortaq keçmişimizin olmasını nəzərə alaraq, Azərbaycan Rusiya ilə münasibətləri həmişə normal saxlamağa çalışıb. Təyyarə məsələsini, bu məsələdə Rusiyanın mövqeyi heç də xoşagələn olmadı. Çünki cənab Prezidentin də ifadə etdiyi kimi, baxmayaraq ki, 44 günlük Vətən Müharibəsi zamanı Rusiya helikopteri Azərbaycan sərhədini pozmuşdu, Azərbaycan Silahlı Qüvvətləri onu vurmaq məcburiyyətində qalmışdı. Hər bir halda, Azərbaycan təzminat da ödədi, üzrxahlıq da edildi. Beləliklə, Azərbaycan bu məsələ ilə bağlı düzgün qonşuluq davranışı göstərdi”.

Politoloq Rusiyanın vurulan AZAL təyyarəsinə görə təzminat ödəməsindən də söz açıb:

“Rusiyada vurulan Azərbaycana məxsus sərnişin təyyarəsi ilə bağlı isə Prezident İlham Əliyevin haqlı tələbləri dəfələrlə Rusiyaya çatdırılmışdı. İndi görünür ki, artıq sığorta pulunu ödəmək, zərərçəkmişlərə təzminat ödəməklə Rusiya artıq öz səhvini etiraf etmiş oldu. Ümid edirik ki, bundan sonra ən üst səviyyədə üzrxahlıq bəyanı da Rusiya tərəfindən gələcək. Yanlışlığa görə üzr istəmək ərdəmli davranışdır – həm dövlətlər, həm də insanlar üçün. Bununla da Azərbaycan-Rusiya münasibətlərində gərginliyin artmasını istəyən mərkəzlər istədiklərinə nail olmayacaqlar. Çünki Azərbaycanın Rusiya ilə hər hansı soyuq münasibət saxlamaq istəyi yoxdur. Azərbaycan hər bir qonşu dövlətlə əməkdaşlığa, sülhə və barışığa xidmət edən siyasət izləyir, o cümlədən də Rusiya ilə münasibətlərində… Bu təzminat ödənişlərini istənilən halda müsbət yanaşma olaraq dəyərləndirmək mümkündür”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa