Rusiya İstintaq Komitəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.
Yenicag.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (“Hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma”) ilə iş başlanıb. Mülki və hərbi mütəxəssislər dindirilir, ilkin istintaq hərəkətləri aparılır.
Mməlumata görə, sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib. Eyni zamanda Ukraynanın döyüş pilotsuz təyyarələri Qroznı, Mozdok və Vladiqafqaza hücum edib – Rusiyanın hava hücumundan müdafiə sistemləri bu hücumları dəf edib.
Hazırda Azərbaycan Baş Prokurorluğunun əməkdaşları Qroznıdadırlar. Onlar Rusiyadan olan həmkarları ilə birgə işləyirlər./unikal
www.yenicag.az