Təyyarənin qalığı tapılıb

media-hightechnic-468x90

загруженоİndoneziyanın “Geo Survei” axtarış gəmisi dənizin dibində “AirAsia” aviaşirkətinə məxsus təyyarənin burun hissəsinə aid ehtimal edilən fraqmenti aşkarlayıb.

Yenicag apa-ya istinadən bildirir ki, axtarış qrupunun rəhbəri Məhəmməd Ağa bildirib ki, obyekt təyyarənin quyruq hissəsinin aşkar edildiyi yerdən 30 metr aralıqda tapılıb.

Hələlik aşkar edilən fraqmentin doğrudan da “AirAsia” təyyarəsinə aid olub-olmadığı sübuta yetirilməyib.

Xatırladaq ki, Sinqapur istiqamətində uçan Airbus A320-200 təyyarəsi dekabrın 28-də Yava dənizi akvatoriyasında yoxa çıxıb. Təyyarədə 155 sərnişin və 7 nəfər ekipaj üzvü olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa