“Təzyiqim qalxdı, həkimlər…” - İnfarkt keçirdiyi deyilən Xalq artistinin SON DURUMU

media-hightechnic-468x90

“Yaxşıyam, bağda dincəlirəm. Müalicəm də davam edir, amma bu, işimə mane olmur. İşimə də gedib-gələcəm. Mən həmişə belə olmuşam, bir il əvvəl infarkt keçirdim, amma yenə də işimə davam etdim”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti Ofeliya Sənani səhhəti barədə danışarkən deyib.

O, hipertoniyadan əziyyət çəkdiiyni bildirib:

“Bir ilə yaxındır ki, infarkt keçirtdim. Həm də uzun illərdir hipertoniyadan əziyyət çəkirəm. Bir neçə gün əvvəl qan təzyiqim oldu, təcili yardım gəldi, xəstəxanaya apardılar. Müalicə yazdılar, evə buraxıldım. İnsan xəstələnər də. Yaş da öz sözünü deyir. Şükür, yaxşıyam indi”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600