Türk Hava Yollarına (THY) məxsus təyyarələrdə sərnişinlərə yenidən isti yemək verilməsinə başlanılacaq.
Yenicag.az xəbər verir ki, mövcud COVID-19 pandemiyası ilə əlaqədar THY təyyarələrində sərnişinlərə isti yemək təqdim edilməsi xidməti dayandırılmışdı.
Ancaq 19 Mart 2021-ci il tarixindən etibarən təyyarələrdə təkrar olaraq isti yemək xidmətinin təqdim edilməsinə başlanılacaq.
Qeyd edək ki, bu qayda THY-nin 2 saatdan çox davam edən bütün uçuşlarına şamil edilir.