!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tibb kollecini bitirən oğlana "tibb bacısı" diplomu verildi - VİDEO

!Reklam – Yazi

Tibb texnikumunu bitirən oğlana “tibb bacısı” diplomu verilib.

Yenicag.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə və internet saytlarında geniş müzakirəyə səbəb olan bu fakt yeni bir məsələni gündəmə gətirib.

Həqiqətənmi oğlana tibb bacısı diplomu vermək olar və ya bu, əslində belə olmalıdır?

Məsələ ilə bağlı keçirilən sorğuda oğlanların məsələyə münasibəti birmənalı olub. Hətta sorğu zamanı gənclərdən biri bildirdi ki, o, məhz ixtisası tibbi bacısı olduğu üçün bu ixtisası sonradan başqa ixtisasla dəyişib.

Psixoloq İbrahim İbrahmov da deyir ki, oğlanlar üçün belə bir ixtisasın yazılması onların psixoloji olaraq şiddətə məruz qalmalarına səbəb ola bilər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə “Xəzər Xəbər”ə bildirdilər ki, bu ad Azərbaycanda səhiyyə qanunvericiliyinə tam uyğun olaraq həmin ixtisasa verilib. Yəni burda qeyri-qanuni və səhv olan heç nə yoxdur.

Ancaq cəmiyyətin məsələyə tam fərqli münasibəti isə göz qabağındadır. Yəqin bundan sonra aidiyyati qurumlar bu ixtisasa “tibb qardaşı” və ya “sanitar təlimatçı” kimi hansısa adı qoyacaqlar ki, həmin sahədə işləyən oğlanlar utanmadan bu sənəti sevə-sevə yaşada bilsinlər.

www.yenicag.az

3183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv