Bolqarıstanın paytaxtı Sofiyada yerləşən xəstəxanalardan birində çalışan tibb bacısı yeni doğulan körpəyə qarşı şiddət göstərdiyi üçün həbs olunub.
Yenicag.az xəbər verir ki, Emiliya Kovaçeva adlı həmin qadının bu hərəkəti müşahidə kameralarına düşüb.
Məlum olub ki, onun dəfələrlə yumruqladığı və şiddət göstərdiyi körpə cəmi 4 gün imiş dünyaya gəlib. 18 ildir bu sahədə çalışan tibb bacısının ağlayan körpəni sakitləşdirə bilməyincə döyməyə başlaması ölkədə böyük səs-küyə səbəb olub.
Artıq həbs olunan həmin qadın məhkəmə qarşısına çıxarılıb. Məhkəmə ona 18 il həbs cəzası verib. Lakin Kovaçevanın baxmaq məcburiyyətində olduğu anası və öz uşağı olduğundan, cəzada endirim edilib.
www.yenicag.az