Ticarət Mərkəzi uçdu-Bakıda-Yenilənir

media-hightechnic-468x90

227486_911Bu gün Nizami rayonu ərazisində tikinti işləri aparılan binada uçqun baş verib. Yenicag.az xəbər verir ki, virtualaz.org-un məlumatına görə, iş görülərkən tikinti gedən binada fəhlələr də olub. Onların uçqun altında qaldığı ehtimal olunur.

Lakin bu, sadəcə gümandır və fakt hələ təsdiqlənməyib. Hadisə 8-ci kilometr bazarının (“Vosmoy bazarı”) arxasında gedən tikintidə baş verib. 4 mərtəbəli ticarət mərkəzinin tikintisi zamanı qəza baş verib.

Binanın ikinci mərtəbəsinin tikintisi gedərkən qəza beton tökülən zaman baş verib. Betonun ağırlığına tab gətirməyən dirəklər qırılıb və beton kütləsi birinci mərtəbəyə tökülüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları cəlb olunub. Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600