Tiflisdə azərbaycanlı bıçaqlandı

media-hightechnic-468x90

indexAvqustun 3-də Gürcüstan paytaxtındakı Lilo bazarının yaxınlığında yerləşən Lilo qəsəbəsindəki restoranda azərbaycanlı qətlə yetirilib.

Telavinin Qaracalar kəndindən olan 35 yaşlı İlqar Muradov həmkəndlisi 45 yaşlı Niyazi ilə restoranda spirtli içki qəbul edib. Daha sonra aralarında yaranmış mübahisə zəminində Niyazi İlqarı bıçaqlayaraq öldürüb.

Şahidlər hadisə yerinə polisin gəldiyini və Gürcüstan DİN əməkdaşlarının qətl hadisəsində şübhəli bilinən şəxsi müəyyən etdiklərini bildiriblər. Hələlik şübhəli şəxsin axtarışı gedir, qətlin əsas motivi isə bilinmir. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Hadisə şahidlərinin  açıqlamasına görə, qətli törədən şəxs uzun zaman Qaracalar kəndində yaşamayıb. Hər iki şəxs Lilo bazarında ticarətlə məşğul olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600