Tikinti əmanət bankları niyə yaradılmır?

media-hightechnic-468x90

1faf8decd4c067872555a4eed229ebb4_XL-300x192Nüsrət İbrahimov: “Şərait yetişməyib”

İpoteka kreditləşməsinin genişləndirilməsi məqsədilə Azərbaycanda tikinti-əmanət bankları yaradılmalı idi. Bu məsələyə hələ 2010-cu ildən başlanılmışdı. Amma nədənsə tikinti-əmanət banklarının yaradılması prosesi gecikir. Görəsən, niyə?
NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov Yenicag.az-a açıqlamasında bildirdi ki, tikinti əmanət banklarının yaradılması üçün hələlik şərait yetişməyib: “Zənnimcə, tikinti əmanət banklarının yaradılması istiqamətində müəyyən mənbə, şərait, mühit formalaşmayıb. Ona görə də həmin bankların yaradılması gecikir. Ümumiyyətlə, sosial evlərin tikintisi, müəyyən fondların yaradılması ətrafında artıq bir neçə ildir ki, söhbət gedir. Amma söz müstəvisindən real iş müstəvisinə keçməməsi zənnimcə iki səbəbdən qaynaqlanır. Birinci səbəb odur ki, ölkəmizdə qiymətli kağızlar bazarı hələ arzuolunan səviyyədə deyil. İkinci səbəb odur ki, ölkəmizdə o layihələrin reallaşması hazırda mövcud olan biznes mühitinin lazımi səviyyədə qalmasına xələl gətirə bilər. Çünki, sosial layihələrin reallaşması gərək hazırki qiymətlərdən aşağı, əhalinin ödəmə qabiliyyəti indeksinə uyğun ola. Bu da hazırda biznes seqmentinin marağına uyğun gəlmir. Bu fərq aradan qalxandan sonra həmin sosial layihələr də icra olunmağa başlayacaq”.
Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600