Tokayev MDB ilə bağlı qanunu imzaladı

media-hightechnic-468x90

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Sazişin ratifikasiyası haqqında” qanunu imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Akorda”nın məlumatında deyilir.

Sazişin ratifikasiyası qeyri-qanuni yolla əldə edilmiş və ölkədən çıxarılan aktivlərin qaytarılması üçün əlavə beynəlxalq hüquqi sənədin fəaliyyət göstərməsini təmin edəcək.

Saziş korrupsiyadan əldə edilmiş gəlirlərin axtarışı və qaytarılması, korrupsiya cinayətləri törətmiş şəxslərin tutulması və ekstradisiyası, o cümlədən informasiya sistemlərindən istifadə etməklə, habelə korrupsiyaya qarşı mübarizədə iştirak edən şəxslərin və təşkilatların hüquqi müdafiəsinin və dəstəyinin təmin edilməsi sahəsində əməkdaşlığın əsas istiqamətlərini və formalarını müəyyən edir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600