“Tökülən qanın dayanması üçün, …”
“Biz vaxtı ilə çox çalışdıq ki, Ermənistanın Azərbaycana qarşı işğalı nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi dini müharibəyə çevrilməsin”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, bu işdə o vaxtkı Rusiya patriarxı Alekseyin ona böyük dəstəyi olub: “Biz dini liderlər bu gün də bu münaqişənin tezliklə həll olunması, tökülən qanın dayanması üçün əlimizdən gələni etməyə hazırıq”.