“Tomas de Voll Azərbaycanın dostu deyil”

media-hightechnic-468x90

timthumbKəbutər Haqverdi: “Bu il İrəvanın ermənilərə verilməsinin 100 illiyi bitir. Yəni, o sənədlər qüvvəsini itirir. Nə üçün küçələrə çıxıb bu məsələni gündəmə gətirməyək?”

Kəbutər Haqverdi Azərbaycan mətbuatının veteranlarından biridir. Uzun illər “Yeni Azərbaycan” qəzetində çalışan həmkarımız bir neçə ildir ki, ailə vəziyyəti ilə əlaqədar Türkiyədə yaşayır. Türkiyədə çap edilmiş Xocalı haqqında “Qar qan rəngindəydi o gecə” və “Cənnətdən sürgün” adlı romanların müəllifi olan xanım yazar eyni zamanda İstanbulda yalançı erməni soyqırımına qarşı imzatoplama kampaniyasının da təşkilatçısıdır. Kəbutər Haqverdi son olaraq, Hrant Dink Vəqfinin İstanbulda keçirdiyi tədbirə gedərək, yazar Tomas de Valldan müsahibə götürmüşdü. Ermənilərin nifrət dolu baxışları altında yazarla danışan və həqiqətlərimizlə bağlı sözlərini də orada söyləyərək, onların təpkisini çəkən Kəbutər xanımdan bu məsələləri soruşduq.

– Bu günlərdə Hrant Dink Vəqfının yayımladığı Qarabağ kitabının təqdimatı ilə bağlı tədbirdə iştirak edərək Azərbaycanda çok tanınmış Tomas de Valldan aldığınız müsahibədə bəzi diqqət çəkən məqamlar vardı. Vətənpərvər bir jurnalist kimi erməni vəqfinın tədbirinə qatılmağınız və həm də bir vaxtlar dostumuzun sayılan bir şəxsin ermənilərin cəbhəsində görünməsi maraqlıdır…

– İlk onu qeyd edim ki, o tədbirdən jurnalist dostum Aqil Ələsgər vasitəsi ilə xəbərdar oldum. O, Bakıda otura-otura İstanbulda belə bir tədbirin olacağını xəbər verdi və özü gələ bilmədiyi üçün mənim qatılmağımı xahiş etdi. “Tomasdan müsahibə al və sıxışdır”- deyə mesaj yazdı. Baxmayaraq ki, bizim sahədə pul məsələsində belə dəqiqliyi kimsə göstərmir. 4 ildən çoxdur jurnalistikadan ayrılmışam və təklif də gözlənilməz oldu. Amma ümumi maraq xatirinə getdim ve ən çox da dostumuz dediyimiz bir yazarın düşmənlərimizlə əməkdaşlığı, erməni tərəfinin Qarabağ kitabını Türkiyədə yayınlaması maraq doğururdu. Tomas de Voll Azərbaycanın dostu deyil. Baxmayaraq ki, onun kitabı 11 ildir bizim ermənilərə qarşı savaşımızda həmişə sitatlar gətirdiyimiz bir mənbə olub. Bu adam kitabın hansı nəşriyyat tərəfindən yayınlandığını belə bilmir və bir dəfə çap olunan kitab artıq unudulub. Təkcə o kitabdakı cümlələr ermənilərə qarşı silah kimi istifadə etmək üçün bizimkilərin dillər əzbəri olub. Üstəlik “Qarabağ Gündəliyi” kitabının yazarı Tomas Goltzla qarışdırılan yazar bunu öz dili ilə söyledi və fəxrlə etiraf etdi ki, son 10 ilde ermənilərlə çox sıx əməkdaşlıqda və dostluq mövqeyindədir. İndi görün, biz kimin dostuyuq. Bu məqamda mən Tomas de Vallı deyil, bizim bu qədər böyük bir bəlamızla məşğul olan bir insanı gözardı edənlərimizi günahlandırıram. 2011-ci ildə dəfə Türkiyəyə gələndə tərcümə olunub çap olunmaq üçün gətirdiyim kitabların siyahısında Qarabağ da vardı. Təsəvvür edin ki, Bakıda bu kitabı tapa bilmədim. Bizim ən ağır problemimizə münasibətimiz budur, ermənilərin ki, də göz qabağındadır. Onlar Azərbaycanın dostlarının ovuna çıxıblar və atdıqları tora nəinki dostlarımız, hətta öz millətimizə mənsub ziyalılarımız belə düşür. Son bir neçə ayda vətənə xəyanət ittihamı ilə saxlanılanların siyahısına nəzər salın. Əkrəm Əylislini xatırlayın. Ona görə Tomas de Vallun hərəkəti mənə qəribə gəlmədi. Maraq doğuran ermənilərin bu məsələyə hansı məqsədlə qol qoyması idi. Təqdimat zamanı məlum oldu ki, məsələnin məğzində Türkiyənin Azərbaycanın yanında olmasını əngəlləmək istəyindən və son illər Xocalı faciəsinin gündəmə gəlməsindən qaynaqlanır.

-Dostluq dediniz. Sizcə baş verən problemlərin gündəmə gəlməsi, işıqlandırılması və araşdırılması bir vicdan deyil, dostluq münasibətlərindən qaynaqlanırmı?

-Dünyada bütün münasibətlər yaxınlıq və dostluqdan qaynaqlanır. Bir ingilis və bir xristian mənim həqiqətimi yazırsa, inanın ki biz ona sahib çıxmalı və dostluq qurmalıyıq. Yoxsa əvvəl-axır bu fəaliyyət ən lazımlı tutarqa olan Qarabağ kitabı kimi əleyhimizə çevriləcək. Kitabın təqdimat mərasimində ev sahibliyi edən Türkiyəni Azərbaycanın yandaşı olmaqda günahkar bilən və toplumun məlumatlandırılması üçün səylərin azlığından şikayətlənən Cengiz Aktar kimdir?

Balıkəsir Universiteti, İqtisadi və İdarətmə Elmləri fakültəsində müəllimdir. Türkiyədə Avropa Birliyinin dəstəyi ilə kitablar və məqalələr çap etdirib. 1989 və 1994 illərində Birləşmiş Millətlər Təşkilatında mühüm vəzifələr tutmuş, Avropa Birliyinin köçkünlərlə iş üzrə komissiyasının fəaliyyətində yaxından iştirak etmiş və hökümətlərarası məsləhət heyətində ikinci şəxs sayılmışdı. 1994 və 1999 illərdə Birləşmiş Millətlər Təşkilatında Sloveniyanı temsil etməyi üzərinə götürmüşdür. Qısa vaxt ərzində Galatasaray Universitetində dərs demişdir. Eyni zamanda da Tərəf Qəzetinde köşə yazarıdır.

1999-cu ildə Hrant Dink ilə tanışlıq yaratmış və yaxın dost olmuşdur. Agos qəzetində köşə yazarı kimi çalışmışdır. İndi siz düşünün ki, bizim həqiqətlərə dəmir pərdə çəkən Tərəf qəzeti var və əksər belə qəzetlərlə də pula görə yaxınlıq edir. Kiçik bir örnək göstərim: Ötən illərdə Türkiyə mətbuatında erməni qətillərinə meydan olmuş Pripiyat şəhərindən yazıldı. Məlumdur ki, bu şəhər Çernobldadır ve bizimlə heç bir əlaqəsi yoxdur. Hansı türk mətbuatı cavab yazısı üçün bizə kiçik bir yer ayrıdı? Çalışdığım və ən vətənpərvər mətbuat kimi tanınan “Həftəlik” dərgi belə yox dedi. Həmkarlarımın gücü facebook-da və diqqəti cəlb etməyən digər internet mediada kiçik bir yazı ilə çıxış etməyə çatdı. Çünki türk mediasında dostumuz yoxdur və dost olmağa çalışanları da qiymətləndirib diqqətə almırıq.

-10 il fasilədən sonra birdən-birə erməni vəqfi bu populyar kitabı türklərə təqdim etməklə nə qazanacağını düşünür?

-Bilirsiniz ki, 2015-ci il qondarma erməni soyqırımının 100 illiyidir və buna bütün xristian dünyası böyük səylə hazırlaşır. Dünyanın hər yerində kitablar çap olunur, konfranslar keçirlirir, sənədli filmlər çəkilir. Ən böyük işlərdən biri isə Hollivudda erməni qızı ilə türk oğlanın sevgisindən bəhs edən filmin ekranlaşdırılmasıdır ki, bu işə milyonlar sərf edilir. Daha bizimkilər kimi bu münaqişə haqqında film çəkmək üçün müraciət edən məşhur film şirkətlərinə dövlətin ayıracağı milyon manatların cüzi hissəsi film üçün veririk amma bütün pulu aldığına dair sənədlərə imza atmalısan deyə şərt qoymurlar. Qarabağ kitabının bu prosesdə əhəmiyyətinə nəzər salsaq, görərik ki, ermənilər yenə tədbirli davranıblar. Kitab Azərbaycanda populyar və ən çox istinad edilən bir mənbədir. Demək ki, onun qərəzli olduğundan heç kim şübhə etməyəcək. İkinci bu kitab sırf türk toplumuna hesablanıb ki, bunu yazar özü də etiraf etdi. Qarabağ savaşında rus və digər xarici güclərin rolunu heçə endirmək və milli münaqişəni Qafqazda mövcud olan 2 respublikanın rəhbərlərinin demokratik bir quruluşdan yan keçmək üçün süni şəkildə yaratdıqları münaqişə şəklində təqdim etmək, dolayısı ilə baş vermiş Xocalı soyqırımında (Cengiz Aktar bunu xüsusi istehza ilə tələffüz edirdi. Onun fikrincə bu kəlməni Türkiyənin ağılsızlığının əlaməti olaraq Azərbaycana dostluq etmək üçün istifadə olunur) ölkə rəhbərləri günahkar etmək burda əsas məqsəddir . Bu həm Qarabağ müharibəsinə yanaşmanı dəyişən bir addımdır, həm də Azərbaycanı dəstəkləyən ölkələrin həqiqətlərimizə inamını sarsıdır. Məhz kitabda Rusiyanın Qarabağ müharibəsindəki rolunun bir mifdən ibarət olduğunu vurğulamaq bu məqsədə xidmət edir. Tomas De Vall, kitabında ermənilərin 1915-ci ildəki qondarma soyqırımdan ötəri döyüşdüklərini, azərbaycanlıların yanlış olaraq türk olduqlarını düşünüb faciələrini onlardan ayırıb aldıqlarını, Azərbaycan tərəfinin isə rusların ermənilərin yanında olmasını düşünüb döyüşdüklərini sübut etməyə çalışır. İşğalçı ermənilər ifadəsi mətndə dırnaq arasında yazılır.

Daha sonra Sumqayıt hadisələrindən bəhs edir və israrla qeyd edir ki, Ermənistan torpaqlarından azərbaycanlıların qovulması məhz Sumqayıtda baş verən qətllərdən sonra başlamışdır. Kitabda başdan-ayağa ermənin tərəfini saxlayan fikirlərlə doludur və maraqlıdır ki, Tomas bu fikrini gizlətmir. O sanki müraciət etdiyi toplumu, “bu müharibə elə bu şəkildədə bitsin, tərəflər arasında barışıq əldə edilsin ve problem həllini tapsın mesajını verir”. Bu haqda ümumiyyətlə çox danışmaq olar. O, Xocalıda baş verən vəhşilikləri ya təsvir etmir, toxunmur və ya görməzdən gəlir. Sadəcə təkrar etdiyi bir kəlmə var ki, azərbaycanlılar Sumqayıt, ermənilər isə Xocalı haqqında oxumaqdan xoşlanmırlar.

– Kitabın üz qabığında isə Xocalı faciəsi zamanı çəkilmiş bir foto yer alır.

– Üz qabığında isə foto haqqında nə yazıldığına diqqət edək: “Xalid Əsgərov Ağdam Azərbaycan 1992-ci il. Dağlıq Qarabağ savaşının şiddətli vaxtları Ağdam yaxınlığında ermənilərlə savaşa gedən əsgərlərin ardından yas tutan azərbaycanlı qadınlar. Təqdimatı gördünüzmü? Bu təqdimatın gizli bir mesajı da var: Sanki heç kim müharibəyə getmək istəmir zorla əsgərliyə aparırlar. Yəni bir-başa hakimiyyəti gözdən salmaq, ləkələmək və müharibənin günahkarı olaraq bildirmək. Amma nədənsə dostumuz Tomas tankların qabağına yalın əllə çıxan Azərbaycan oğlanlarından söz açmır.

-O zaman kitaba əlavələr edilib?

– Bu sualı yazarın özünə verdim və aldığım cavab bu oldu ki, bəli son ildə baş verənlər kitabda var, yenidən işlənib. Baxın kitabda yer alan bir neçə cümləni sizə olduğu kimi çatdırıram: 1915 ci ildə baş verən qorxunc olaylar bütün gedişatı dəyişdirdi və sürətləndirdi. Osmanlı imperatorluğunun çökməsi və erməni toplumunun kütləvi qətli Türkiyədə illərdir davam edən erməni varlığını sona çatdırdı. Naxçıvan, Zəngəzur və Qarabağ uğrunda savaş başladı. Azərbaycanlılar burda hakimiyyətlərini gücləndirdilər və Naxçıvandan erməniləri qovdular. Məşhur komandir Andronik … yenə sitat gətirim, yoxsa bu bir neçə nümunə Azərbaycan elm adamlarının hərəkətə keçməsi, tarixi sənədlərlə və təkzibolunmaz faktlarla Türkiyə mətbuatına, tv-lərinə çıxmalarına, konfranslar vermələrinə kifayət edər. Məsələn bu il İrəvanın ermənilərə verilməsinin 100 illiyi bitir. Yəni, o sənədlər qüvvəsini itirir. Nə üçün küçələrə çıxıb bu məsələni gündəmə gətirməyək?..

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600