Məleykə Əsədova: "Anam ölmədən əvvəl deyib ki, qızım nə vaxt evə gələcək"

media-hightechnic-468x90

“Görürdüm ki, anamın yaşı getdikcə artır, xəstələnir. O qədər mənə pis təsir edirdi ki… Bu, təbiətin hökmüdür, bir gün yaranan, bir gün də gedir. Anamın doğum gününə mahnı yazdırmışdım. Onu eşidə bildi. Klip çəkiləndə də anam xətəxanada yatırdı. Klipi də xəstəxanada çəkmişəm”.

Bu sözləri Xalq artisti Məleykə Əsədova “Günorta efirdəyik” verilişində deyib.

Verilişin aparıcısı Lamiyyə Ələkbərova bildirib ki, vəfat etməzdən əvvəl anası iki dəfə Mələykə Əsədovaya zəng vurub. Lakin aktrisa verilişdə olduğu üçün telefonunu aça bilməyib. O bildirib ki, bu hadisə aktrisaya pis təsir edib və depressiyaya düşüb.

M.Əsədova aparıcının sözlərini təsdiqləyərək əlavə edib:

“Görəsən, mənə nə deyəcəkdi? Mən indi də bu sualı özümə verirəm. İndi də verilişdəyik, telefonumuz sönüb. Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi. Köməkçimə də zəng vurub ki, Məleykə nə vaxt evə gələcək, ona deyiləsi sözüm var. Ay ana, çatmadım.

Nə qədər sağdır, ana-atanın qədrini bilin. Böyüklər evin ruzisi, işığıdır. Uşaqlıqda bizim necə nazmızı çəkiblərsə, biz də yaşlananda onlarınkını çəkməliyik”./axşam.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa