Fələstinin Azərbaycandakı səfiri: “Biz həmişə sülhə can atmışıq” - VİDEO
“İstəyirik ki, uşaqlarımız, qadınlarımız və xalqımızın bütün təbəqələri daim sülh və təhlükəsizlik içində yaşasın, heç bir təzyiq və müqavimətlə üzləşməsin”.
Bu sözləri Yenicag.az-a müsahibəsində Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani bildirib.
O qeyd edib ki, Fələstin dövləti üçün hər zaman əsas prioritet dinc, yanaşı yaşamaq və bölgədə davamlı sülhün təmin edilməsidir:
“Əlbəttə ki, bizim üçün hər şeydən əvvəl sülh önəmlidir. Biz həmişə sülhə can atmışıq və onun bərqərar olması üçün əlimizdən gələni etmişik”.
Səfir əlavə edib ki, baş verənlər arasında ən vacib məsələ kütləvi qırğınların və soyqırımın dayandırılmasıdır:
“Ən önəmlisi odur ki, artıq uşaqlarımızın, qadınlarımızın və yaşlılarımızın qətlə yetirilməsi dayandırılıb. Soyqırımlar və kütləvi qırğınlar sona çatıb. Biz regionumuzda sülhün bərqərar olması üçün bundan sonra da çalışmağa hazırıq”.
Əhməd Metani vurğulayıb ki, fələstinlilər beynəlxalq təşkilatların, xüsusilə BMT-nin qərarlarına uyğun olaraq, öz hüquqları tanınmaqla sülh, təhlükəsizlik və azadlıq şəraitində yaşamaq istəyirlər:
“İstəyirik ki, uşaqlarımız, qadınlarımız və xalqımızın bütün təbəqələri daim sülh və təhlükəsizlik içində yaşasın, heç bir təzyiq və müqavimətlə üzləşməsin. Bu, həm də beynəlxalq təşkilatların və BMT-nin qərarlarına uyğun olmalıdır.”
Məsimə Məmmədova
Samir Məcidov