Tovuzda ağır yol qəzası: Ölənlər və xəsarət alanlar var

media-hightechnic-468x90
Tovuz rayonunda avtomobil qəzası olub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə Əlimərdanlı kənd ərazisində qeydə alınıb.

“VAZ-21011” markalı avtomobillə “Mitsubishi” Pikap tipli avtomobil toqquşub. Qəza nəticəsində Hunanlar kənd sakinləri – 1976-cı il təvəllüdlü Əli Abuzərov və 1976-cı il təvəllüdlü Nabat Abbasov dünyasını dəyişib.

Tovuz rayon sakinləri 1964-cü il təvəllüdlü Mayın Quliyev, 1965-ci il təvəllüdlü Asiman Abuzarov və 1970-ci il təvəllüdlü Natiq Qasımov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600