!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda avtomobil aşıb

!Reklam – Yazi

скачанные файлы (14)Tovuz rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Tovuz rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Səlim Rəhimov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü və sərnişinlər – Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Roman Nəcəfov, 1989-cu il təvəllüdlü Vüsal Hüseynov və hələlik kimliyi məlum olmayan 30-32 yaşlarında olan qadın müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər qadının kəllə beyin travması aldığını, hazırda özündə olmadığını bildiriblər.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv