Tovuzda dəmiryolu xəttində yanğın baş verib
Tovuzda dəmiryol xəttində yanğın baş verib.
Qatarların intensiv hərəkət etdiyi dəmiryol xəttində yanğın baş verib.
Hadisə bu gün saat 16:00 radələrində Tovuz stansiyasından 3 kilometr uzaqlıqda qeydə alınıb.
Qəfildən dəmiryol xəttində olan şalban alışaraq yanğın törədib.
Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun qarşısını ala biliblər.
Yanğının hansı səbəbdən baş verməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.