“Toyota”dan neqativ kampaniya: Avtomobillərini geri çağırır – ŞOK RƏQƏM

media-hightechnic-468x90

“Toyota Motors” şirkəti dünya üzrə 1 milyon 120 min avtomobilini geri çağırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb avtomobillərin təhlükəsizlik yastıqlarının nəzərdə tutulduğu kimi açılmamasıdır.

Bura 2020-22- i illərdə istehsal olunan “Avalon”, “Camry”, “Corolla”, “RAV4”, “Lexus ES250”, “ES300H”, “ES350”, “RX350 Highlander” və “Sienna Hybrid” modelləri daxildir.

Qeyd olunur ki, geri çağırılan 1 milyon 120 min avtomobilin 1 milyon ABŞ-da satılıb. Şirkət nümayəndələri sözügedən ehtiyat hissəsinə yenidən baxış keçirəcəklər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa