TQDK jurnalistlər üçün müsabiqə elan edir
TQDK KİV nümayəndələri arasında müsabiqə elan edir.
Yenicag.az TQDK-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə KİV nümayəndələri arasında TQDK-nın fəaliyyətinə həsr olunmuş ən yaxşı məqalə və ən yaxşı televiziya süjeti müsabiqəsini keçirir.
Müsabiqə 2 nominasiya üzrə aparılır:
1. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə.
Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcəkdir. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:
I yer – 1000 manat
II yer – 800 manat
III yer – 600 manat
Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyul ayının 10-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə trəqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.
2. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya reportajı.
Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli süjetlərə üstünlük veriləcəkdir. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:
I yer – 1000 manat
II yer – 800 manat
III yer – 600 manat
Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyul ayının 10-dək televiziya və ya radioda yayımlanmış materialın video diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər.