Tramp: "ABŞ İspaniya ilə ticari əlaqələrini pozmaq niyyətindədir"

media-hightechnic-468x90

ABŞ İspaniyanın hərbi xərcləri ÜDM-in 5 %-nə qədər artırmaqdan imtina etməsindən sonra bu ölkə ilə bütün ticari əlaqələrini kəsmək niyyətindədir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşündə bildirib.

“Onların möhtəşəm insanları var, lakin möhtəşəm rəhbərlikləri yoxdur. Bildiyiniz kimi, onlar NATO-da hərbi xərcləri 5 %-ə qədər artırmağa razılaşmayan yeganə ölkə idilər. Düşünmürəm ki, onlar nəyisə artırmağa razılaşmaq niyyətindədirlər”, – o deyib.

“Onlar hər şeyi 2 % səviyyəsində saxlamaq istəyirdilər və həmin 2 %-i də ödəmirlər, ona görə də biz İspaniya ilə bütün ticarəti dayandırmağa hazırlaşırıq. İspaniya ilə heç bir əlaqəmizin olmasını istəmirik”, – ABŞ lideri əlavə edib./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05