Tramp: “Çalışıram ki, Obamanın yaratdığı çoxsaylı maneələrə fikir verməyim”

media-hightechnic-468x90

donald-tramp-1ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp səlahiyyətləri bitmək üzrə olan Barak Obamanın ona hakimiyyəti rahat şəkildə ötürmədiyini və maneələr yaratdığını açıqlayıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə D. Trampın “Twitter” hesabında yazılıb:

“Çalışıram ki, onun yaratdığı çoxsaylı maneələrə və reaksiyama səbəb olacaq açıqlamalarına fikir verməyim. Düşünürdüm, hakimiyyət mənə hamar şəkildə ötürüləcək. Yanılırdım”.

Qeyd edək ki, Obama Trampı seçkiqabağı kampaniya zamanı çox tənqid etsə də, Tramp prezident seçiləndən sonra ona hakimiyyəti ötürməkdə yardımçı olacağını söyləyib. Obama ilə Tramp Ağ evdə keçirdikləri görüşdən başqa bir neçə dəfə telefonla danışıblar.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600