Tramp İrana sonuncu ŞANS verdi: Atəşkəs daha bir neçə günlük uzadıldı

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin müddətini uzatdığını açıqlayıb. Bununla da Vaşinqton diplomatiyaya və yekun razılaşmanın əldə olunmasına daha bir şans tanıyıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Trampın bu addımı atmasında əsas səbəb Amerika və Pakistan vasitəçilərinin İranın Ali Lideri Müctəba Xameneidən son təkliflə bağlı rəsmi cavab gözləməsidir. İsrailli mənbə isə Xameneinin məhz bu gün (çərşənbə günü) cavab verəcəyinin gözlənildiyini qeyd edib.

Nəşrin yazdığına görə, Ağ Ev rəhbəri İrana daxili və xarici prosesləri qaydasına salmaq üçün 3-5 günlük əlavə vaxt verib:

“Tramp iranlılara işlərini yoluna qoymaq üçün atəşkəsi daha bir neçə gün uzatmağa hazırdır. Lakin bu müddət qeyri-müəyyən vaxtadək davam etməyəcək”.

Qeyd olunur ki, Tehranın verəcəyi cavab regiondakı gərginliyin taleyini həll edən əsas amil olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05