Tramp İranla KOMPROMİSƏ HAZIRDIR

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatmasını ciddi şəkildə istəyir və buna nail olmaq üçün daha çox güzəştə getməyə hazırdır.

media-banner_tuq

Yenicag.az bildirir ki, Report bu barədə “Politico” nəşrinə istinadən xəbər verir. Bildirilir ki, bu haqda yüksək rütbəli bir məndə məlumat yayıb.

Məlumata görə, Trampın İsrail və Livan arasında müvəqqəti atəşkəs elan etməsi Vaşinqtonun son günlərdə mövqeyində dəyişiklik olduğunu göstərir. O, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Josef Aounu Ağ Evdə qəbul etməyi təklif edib.

Bundan əvvəl Tramp İsrailin Livanda “Hizbullah”a qarşı əməliyyatlarını İranla bağlı razılaşmadan ayrı məsələ kimi qiymətləndirsə də, hazırda Netanyahuya bombardmanları dayandırmaq üçün təzyiq göstərməsi İran üçün əsas maneələrdən birini aradan qaldırıb.

Pakistanın paytaxtında keçirilən son danışıqlar nəticəsiz qaldıqdan sonra, daxildə artan qiymətlər və azalan reytinqlər fonunda Trampın Tehranın bəzi tələblərinə daha açıq yanaşa biləcəyi qeyd olunur.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05