Tramp: "Meksikanı narkokartellər idarə edir"

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Meksikada hakimiyyətin faktiki olaraq narkokartellərin əlində olduğunu bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə o Ağ Evdə çıxışında deyib.

“Meksikanı kartellər idarə edir və başqa heç kim. Kartellər. Onlar sadəcə oranı idarə edirlər”, – ABŞ lideri bildirib.

Trampın sözlərinə görə, sintetik opioid fentanilin ABŞ-yə qeyri-qanuni yolla gətirilməsi məhz bununla izah olunur.

Bunun fonunda son həftələrdə iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik dalğası müşahidə olunur. Daha əvvəl Tramp narkotik qaçaqmalçılığı ilə mübarizəni aktivləşdirmək məqsədilə ABŞ-nin Meksikanın daxili işlərinə müdaxilə etməyə hazır olduğu barədə faktiki olaraq xəbərdarlıq edib.

Bundan əlavə, “CBS News” telekanalı mayın 7-də xəbər verib ki, Tramp administrasiyası ABŞ ərazisindəki Meksikanın 53 konsulluq idarəsinin fəaliyyətinə, onların bir hissəsinin mümkün bağlanması ilə, yenidən baxış keçirməyə başlayıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05