Tramp Rusiya ilə bağlı mövqeyini sərtləşdirdi:  10-12 gün KİFAYƏT EDƏCƏK

media-hightechnic-468x90

Müharibəyə son qoymaq üçün 10-12 gün kifayət edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya-Ukrayna müharibəsinin gedişində sabiq ABŞ Prezidenti Donald Trampın son açıqlamalarını təhlil edən “Euronews” nəşrində məlumat verilib.

Məqalədə qeyd olunur ki, Donald Tramp əvvəllər Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq üçün 50 günlük vaxt verdiyini açıqlamışdı. Lakin 28 iyul tarixində o, bu müddətin 10-12 günə qədər azaldıla biləcəyini bəyan edib.

Tramp bu qərarı Rusiya prezidenti Vladimir Putinin hərbi əməliyyatları dayandırmaqda iradə nümayiş etdirməməsi ilə əsaslandırıb. O, eyni zamanda, artıq vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq bildiyini qeyd edib. Tramp Putinin mülki əhaliyə və şəhərlərə qarşı raket hücumlarını isə qətiyyətlə pisləyib.

Bundan öncə, Tramp NATO-nun yeni Baş katibi Mark Rutte ilə Vaşinqtonda keçirilən görüş zamanı Moskvanı daha sərt iqtisadi sanksiyalarla hədələmişdi. Analitiklərin fikrincə, Trampın bu təzyiq siyasəti Rusiya üçün döyüş meydanında üstünlük qazandığı bir vaxtda əlavə zaman əldə etməsinə imkan verə bilər.

Məqalədə bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenski Trampla telefon danışığı apararaq, ölkəsinə Patriot hava hücumundan müdafiə sistemlərinin verilməsinə görə təşəkkürünü bildirib. Zelenski əlavə tədbirlərin və qərarların da müzakirə olunduğunu və gələcəkdə tərəflərin daha sıx koordinasiya edəcəklərini vurğulayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600