!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Təhsil Nazirliyini də ləğv edir

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın Təhsil Departamentini ləğv etmək üçün sərəncam imzalayacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, sərəncam bu gün imzalana bilər.

Tramp bundan əvvəl dəfələrlə agentliyin ləğv edilməsinə çağırıb və bunu böyük saxtakarlıq adlandırıb.​​​​

Onun respublikaçı həmkarları uzun müddətdir ki, departamentin maliyyələşdirilməsini və təsirini azaltmağa çalışırdılar. Cari həftənin əvvəlində Senat tərəfindən təsdiqlənən təhsil naziri Linda Makmahon da Trampın agentliyi ləğv etmək planını müdafiə edib.

Keçən ay Tramp departamentin dərhal bağlanmasını görmək istədiyini deyib, lakin onun maliyyələşdirilməsinə qərar verən Konqresin və müəllimlər həmkarlar ittifaqının dəstəyinə ehtiyac duyacağını etiraf edib.

Qeyd edək ki, ABŞ Təhsil Departamenti Birləşmiş Ştatlarda təxminən 100.000 dövlət və 34.000 özəl məktəbə nəzarət edir./unikal

www.yenicag.az

75
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv