Trampın “Danışmağım Qadağandır” dediyi Gizli Silah - DİSCOMBOBULATOR

media-hightechnic-468x90

ABŞ-nin Venesuelada istifadə etdiyi iddia olunan “Discombobulator” adlı gizli silah müzakirələrə səbəb olub.

media-banner_tkm

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump bildirib ki, 3 yanvar tarixində Karakasda Venesuela prezidenti Nicolas Maduroya qarşı keçirilən əməliyyatda əvvəllər istifadə olunmamış hərbi texnologiyadan yararlanılıb.

Trampın sözlərinə görə, “discombobulator” qarşı tərəfin hərbi texnikasını və raket sistemlərini işləməz vəziyyətə salıb. O, bu silah barədə danışmasının qadağan edildiyini qeyd edib. Ağ Ev sözçüsü Karoline Leavitt isə Venesuelada radar sistemlərinin qəfil sıradan çıxdığını və güclü səs dalğasına bənzər təsirin hiss olunduğunu iddia edib.

ABŞ hərbi mənbələrinin məlumatına görə, əməliyyat radar və hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması üçün kiber və elektron hücumlarla başlayıb. 150-dən çox təyyarənin iştirak etdiyi bildirilib.

Mütəxəssislər hesab edirlər ki, “discombobulator” yeni və inqilabi silah deyil. Bu termin daha çox kiber hücumlar, elektron müharibə vasitələri və akustik sistemlərin birgə istifadəsini ifadə edir. ABŞ ordusunun artıq Uzun Məsafəli Aktiv Akustik Qurğu (LRAD) və müxtəlif elektron müharibə texnologiyalarından istifadə etdiyi məlumdur. Bəzi ekspertlər isə bunun yüksək güclü mikrodalğalı sistem ola biləcəyini ehtimal edirlər.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05