Trampın ilk 100 GÜNÜ NECƏ YADDA QALDI? – “Prezidentlik müddətini başa vurması çox çətin olacaq”

media-hightechnic-468x90

“Franklin Ruzvelt ABŞ-ni “Böyük Depressiya”dan (Great Depression) çıxaran məşhur “Yeni sövdələşmə” (New Deal) proqramını həyata keçirməyə başlarkən opponentlərini proqramın icrasına maneə olmamaq üçün 100 gün səbirli davranmalarına çağrımış, bununla da ABŞ-də “Prezidentin ilk 100 günü” ənənəsini yaradıb”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Xaqani Cəfərli deyib.

media-xaqani

Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın hakimiyyətinin ikinci dövrünün ilk 100 gününü şərh edib.

Onun sözlərinə görə, həmin dövrdən sonra Amerikan siyasi elitası da bu ənənəyə sadiq qalmağa çalışır:

“Trampın ikinci prezidentlik müddətinin ilk 100 gününə dözümlü münasibətin səbəbi də budur. Halbuki Trampın prezidentliyinin ilk 100 günü ABŞ tarixinə dövlət idarəçiliyində xaos dövrü kimi düşəcək. Bunun sübutu tariflərlə bağlı imzalanan və bir gün sonra qüvvəyə minməsi təxirə salınan sərəncamlardır. Tramp prezidentliyinin ilk 100 günündə ABŞ tarixinə sərəncamları məhkəmələr tərəfindən ən çox qüvvədən salınan, icrası dayandırılan prezident kimi düşəcək. Bundan başqa, Tramp ştatlar tərəfindən məhkəmə davası ilə üzləşən dövlət başçısı kimi də tarixə düşəcək”.

X. Cəfərli əmindir ki, daxili siyasətdə olduğu kimi Trampın prezidentliyinin 100 günü Ağ Ev sahibinin xarici siyasətinin bərbadlığı ilə fərqlənir:

“Son 100 ildə ilk dəfədir ki, ABŞ müttəfiqləri ilə soyuq müharibə şəraitindədir. Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə 24 saat ərzində son qoyacağını vəd edən Trampın prezidentliyinin100 günündə bu istiqamətdə kiçik də olsa, uğur qazana bilməməsi də xarici siyasətin bərbad, beynəlxalq münasibətlərə və hüquqa zidd olmasının nəticəsidir”.

“ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun Trampın prezidentliyinin 100 günü tamam olan kimi istefaya göndərilməsi də Trampın kadr siyasətinin və idarəçiliyinin nə qədər bərbad olduğunu göstərir. Bütün təhlillər göstərir ki, bu gedişlə Trampın prezidentlik müddətini başa vurması çox çətin olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600