Trampın Kuba "oyunu": ABŞ-ın hərbi ritorikası nəyə xidmət edir?

media-hightechnic-468x90

“Trampın Kuba bəyanatları klassik geosiyasi təzyiq və çəkindirmə mexanizmidir”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Rəşad Bayramov bildirib.

Ekspert Amerikanın tanınmış “USA Today” qəzetində dərc olunan “Trampın növbəti hədəfi Kubadır” başlıqlı məqaləyə münasibət bildirərək, bu bəyanatların pərdəarxası məqamlarına toxunub:

“İlk olaraq onu qeyd edim ki, ABŞ-ın təhlükəsizlik və müdafiə siyasəti fərdi liderin emosional niyyətlərindən çox, institusional strateji planlama üzərində qurulur. Odur ki, belə bəyanatların mahiyyətini hərbi hazırlıq kimi yox, strateji siqnal vermə aləti kimi qiymətləndirmək daha doğrudur. ABŞ kimi qlobal güclər tez-tez potensial rəqiblərə qarşı açıq və ya dolayı “çəkindirmə mesajları” verir. Bu mesajların məqsədi real müharibə başlatmaqdan çox, qarşı tərəfin davranışını dəyişdirmək və eskalasiya riskini idarə etməkdir. Yəni burada əsas funksiya hücum yox, psixoloji və siyasi təzyiq mexanizmidir”.

R. Bayramov qeyd edib ki, Trampın bu addımları həm də qarşıdan gələn seçkilərlə əlaqədar daxili auditoriyaya hesablanıb:

“İkinci mühüm məqam daxili siyasi kontekstdir. Trampın siyasi üslubu uzun müddətdir ki, “güc nümayişi” və “qətiyyətli lider” obrazı üzərində qurulub. Xarici siyasətə dair sərt bəyanatlar ABŞ daxilində seçici auditoriyasına yönəlmiş mesaj funksiyası daşıyır və Tramp bununla güclü lider narrativini daha da gücləndirir. Digər vacib aspekt isə ondan ibarətdir ki, ABŞ xarici siyasətində hərbi ritorika çox zaman diplomatik nəticə əldə etməyə xidmət edir. Biz Trampın hakimiyyətə qayıdışından sonra bunu dəfələrlə müşahidə etmişik. Yəni başqa sözlə, Trampın bu mövqeyi istədiyini əldə etmək üçün istifadə olunan bir təzyiq elementidir. Bu, xüsusilə sanksiya siyasəti, regional rəqabət və strateji çəkindirmə məsələlərində daha qabarıq görünür.

Düşünürəm ki, Kuba ilə bağlı verilən bəyanatlar da klassik geosiyasi təzyiq və çəkindirmə mexanizmi kimi qəbul olunmalıdır. ABŞ və Kuba arasında münasibətlər uzun illərdir sanksiyalar, diplomatik gərginlik və məhdud əməkdaşlıq çərçivəsində davam edir. Bu səbəbdən belə məlumatlar çox vaxt real hərbi əməliyyatın yaxınlaşmasından çox, siyasi mesaj xarakteri daşıyır. Ümumi olaraq dəyərləndirsək, bu açıqlamalar həm daxili siyasi kapitalın gücləndirilməsi, həm xarici aktorların davranışının tənzimlənməsi, həm də strateji qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyan çoxqatlı bir siyasi alətdir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05